A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsi (Azerbaijan Business Case Competition) yarışının qalibi olublar.

İSE fakültəsi ölkənin ən yaxşı fakültələrindən olduğunu bir daha sübüt etdi. Belə ki, hər il tələbələr arasında keçirilən intelektual və xüsusi bilik tələb edən biznes, maliyyə, marketinq sahəsində ən nüfuzlu yarış hesab olunan Azərbaycan Biznes Keys Müsabiqəsi (Azerbaijan Business Case Competition) yarışının final mərhələsində İSE tələbələri 1-ci və 2-ci yerləri qazanıblar. Fakültənin 4-cü kursunda təhsil alan tələbələr Turqay Nəsirli, Nizgan Cəbiyeva, Arif Mirzəyev və Vüsalə İslamova rəqiblərindən yüksək nəticə göstərərək yarışmanın qalibi olublar, digər komanda isə İSE-nin 4-cü kursunda təhsil alan Banuçiçək Qurbanova, Rəsul Əliyev, Cavanşir Qafarov, Nüşabə Məmmədova yarışmada 2-ci yerə layiq görülüblər. Müsabiqənin nəticələrinə əsasən birinci yeri tutan komanda 6000 AZN, ikinci yeri tutan komanda isə 3000 AZN dəyərində pul mükafatı qazanıblar.

Qalib gələn İSE tələbələrini yaxından tanıyaq.

Turqay Nəsirli DİM-in qəbul imtahanından 690 bal toplayaraq, Prezident təqaüdçüsü adını qazanan tələbə İSE-nin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. İndiyə qədər ACCA üzrə fundamental səviyyədəki imtahanlardan 6-sını tamamlayıb, "Financial management" və "Performance management" imtahanları üzrə isə Azərbaycan 1-cisi olub. 2021-ci ildə, elm, təhsil və gənclər sahəsində nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" adını qazanıb. Hazırda Deloitte & Touche şirkətində audit olaraq işləyir.

Nizgan Cəbiyeva DİM-in qəbul imtahanından 664 bal toplayaraq, İSE-nin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. İndiyə qədər ACCA üzrə 7 imtahanı bitirib, Financial Reporting imtahanında göstərdiyi nəticəyə görə dünya 1-cisi olub və “Global Mükafatçı” adını qazanıb. Bundan əlavə Audit&Assurance və Performance Management imtahanları üzrə Azərbaycanda birinciliyi qazanıb. Hal-hazırda Deloitte&Touche şirkətində audit olaraq işləyir.

Arif Mirzəyev DİM-in qəbul imtahanından 664 bal toplayaraq, İSE-nin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. "Gənc İnvestor-2018", "Starteji Menecment Məktəbi" yarışlarınin qalibi olub. ABŞ səfirliyində Biznes analitik vəzifəsində çalışır.

Vüsalə İslamova DİM-in qəbul imtahanından 635 bal toplayaraq, İSE-nin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. SSE Riga finance challenge müsabiqəsinin iştirakçısıdır. Hazırda Paşa Kapital şirkətində treyder vəzifəsində çalışır.

Banuçiçək Qurbanova Məktəbi qızıl medalla bitirərək, DİM-in qəbul imtahanından 695 bal toplayıb, Prezident təqaüdçüsü adını qazanan tələbə İSE-nin Maliyyə ixtisasına qəbul olub. Banuçiçək hazırda "Procter&Gamble Azerbaijan"-da Brand Operations departamentində çalışır. Universitet illərində çoxsaylı "Erasmus+" kiçikmüddətli treyninqlərində iştirak edərək, müxtəlif ölkələrdə yumşaq bacarıqlarını inkişaf etdirib. Yüksək göstəriciləri və müxtəlif kvalifikasiyalara sahib olduğundan Skandinaviya ölkələrinin ən yaxşı biznes universiteti olan "Copenhagen Business School"-da təqaüdlə təhsil alacaq 25 nəfərdən biri olaraq seçilib.

Rəsul Əliyev Respublika Fənn Olimpiadalarının coğrafiya fənni üzrə qızıl medalçısı olan Rəsul məktəbi qızıl medalla bitirib və DİM-in qəbul imtahanından 672 bal toplayaraq, İSE-nin Maliyyə ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə bir neçə dəfə universitetinin “Top-15” təqaüdünü qazanıb və müxtəlif ölkələrdə qısamüddətli mübadilə proqramlarında iştirak edərək, şəxsi bacarıqlarını inkişaf etdirib. 3-cü kursda oxuyarkən “PricewaterhouseCoopers” şirkətində maliyyə, mühasibat və vergi sahələrində 1 ilə yaxın təcrübə qazanan və hazırda yerli şirkətlərin birində məhsulun inkişafı üzrə çalışan Rəsul, 2022-ci ilin sentyabr ayından “Copenhagen Business School”-da təqaüdlə magistr təhsili alacaq.

Çavanşir Qafarov Riyaziyyat üzrə Respublika Fənn olimpiadasında gümüş medal qazanan Cavanşir DİM-in qəbul imtahanından 681 bal toplayaraq, İSE-nin Maliyyə ixtisasına qəbul olub. Hazırda "Paşa Bank"-da Korporativ Bankçılıq Departamentində kredit analitiki və müştəri meneceri vəzifəsini icra edən Cavanşir avqust ayında keçiriləcək "Finance&Banking" təliminə iştirakçı hüququ qazanıb.

Nüşabə Məmmədova DİM-in qəbul imtahanından 685 bal toplayaraq, Prezident təqaüdçüsü adını qazanan Nüşabə İSE-nin Maliyyə ixtisasına qəbul olub. 2019-cu ildə "Equality for All" layihəsini həyata keçirib və həmin layihə “United Nations Association in Georgia” tərəfindən 2019-cu ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilib. Hazırda Baker Tilly Azərbaycan şirkətində Biznes Məsləhət Xidmətləri departmentində çalışır.

TOP XƏBƏRLƏR