A

“Partners & Business” sərgi-konfransında iştirak edən UNEC THİK könüllülərinə “Marsol” MMC nümayəndələri tərəfindən təlim keçirilib.

“Marsol” MMC Texniki şöbəsinin rəhbəri Teymur Zeynalabdinov “Partners&Business” sərgi-konfransı haqqında məlumat verib, könüllülərin fəaliyyətləri haqqında sualları cavablandırıb.

“Marsol” MMC-nin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Partners&Business” sərgi-konfransı bu il 16-18 iyun 2022-ci il tarixində 200-ə yaxın yerli şirkət və sahibkarların iştirakı ilə Crystal Hall sarayında keçiriləcək. Sərgiyə 10000-ə yaxın ziyarətçinin gəlişi gözlənilir. Sərginin təşkilində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq olunur. Sərgi hər gün saat 9:00-18:00 arası keçiriləcək.

Bu sərgidə könüllü fəaliyyəti üçün UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin 75 fəal tələbəsi, 11 kuratoru, 1 rəhbər şəxsi (növbəli) iştirak edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay