A

Rəqəmsal iqtisadiyyat fakültəsi UNEC-də 2022-ci ilin “IT ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir.

Budəfəki tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “IKT LAB” tətbiq və tədris mərkəzinin sektor müdiri Ayaz Kərimov və mərkəzin təlimçisi Cavid Əliyev tələbələrə proqramlaşdırma ixtisasının üstünlükləri və karyera imkanlarını, eləcə də peşəkar proqramçı olmağın əsas meyarları barədə məlumat veriblər. Proqramlaşdırmanı daha yaxşı mənimsəmək üçün nəzəriyyə ilə yanaşı, proqramlaşdırma məntiqini inkişaf etdirməyin və alqoritm tərtib etmək bacarığının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Şirkət nümayəndələri ilə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov arasında tədris planlarında seçmə fənlərin müəyyənləşdirilməsi və vacib fənlərin tədrisi ilə bağlı müzakirələr də aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay