A
Oktyabrın 6-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu İsax Verdiyevin anım günü idi.
 
İsax Verdiyevin anım günü münasibətilə şəhidin ailə üzvləri ilə görüş keçirilib.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və THİK üzvü olan tələbələr anım tədbirindən sonra şəhidin hərbçi yoldaşları və yaxın qohumları ilə birlikdə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər.
 
İsax Verdiyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
 
Ruhun şad olsun şəhidim!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay