A

Azərbaycan Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tələbələrə Fondun fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər. 

Fond rəhbəri qeyd edib ki, 2021-2022-ci tədris ilinin  payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb.

Proses 2022-ci il fevralın 15-də yekunlaşacaq. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.

Araz Paşayev məlumat verib ki, bu günədək olan müraciətlərin 1945-i rəsmiləşdirilərək, təhsil haqqı ödənilib. 1200 müraciət isə emal prosesindədir, yaxın iki həftə ərzində rəsmiləşdiriləcək. Təxminən 300-400 arası müraciət isə tələbələr tərəfindən tamamlanmayıb.

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay