A

Oktyabrın 8-də Qarabağın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu şəhid Hüseyn Muradovun anım günü idi.

Anım günü münasibətilə UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə  və fəal  tələbələr Nizami rayonundakı Şəhidlər Xiyabanında Hüseyn Muradovun məzarını ziyarət ediblər.

UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Şəhid Hüseyn Muradov 2016-cı il Aprel döyüşlərində iştirak edib. Sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşüb. Sentyabrın 27-dən isə Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində başlayan döyüşlərdə pulemyotçu kimi döyüşüb. Oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay