A

28 oktyabr 2022-ci il tarixdə UNEC-in Mühəndislik fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Nofəl Quliyevin şəhidlik zirvəsinə ucaldığı vaxtdan 2 il ötür.

Şəhidin anım günündə UNEC-in Mühəndislik fakültəsinin müəllimləri Gültəkin İmanova və Gülnarə Məmmədova Nofəl Quliyevin Gədəbəy rayonunun Qoşabulaq kəndində yaşadığı evində ailəsi ilə görüşüb,  ailə üzvləri ilə birlikdə  məzarını ziyarət ediblər.

UNEC kollektivi “Cəbrayılın Azadlığı Uğrunda” və “Vətən Uğrunda” medalları ilə təltif olunmuş Nofəlin məzarı üzərinə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay