A

UNEC-də Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə “İnsan alverinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov bəşəriyyətin ən ciddi problemlərindən olan narkomaniya və insan alverindən söz açaraq, bu problemin qarşısının alınması istiqamətində dövlət tərəfindən aparılan məqsədyönlü işlərdən danışıb.

Tədbirdə iştirak edən Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenat Nəbi Nəcəfov narkotik maddələrdən istifadənin törətdiyi fəsadlar barədə məlumat verib. Dövlətlərin narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirdiyini, beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırdıqlarını bildirib. Problermlə mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran bölmə rəisi, ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olmasının vacibliyini vurğulayıb. İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, həyatı iflic edən narkomanlığa və insan alverinə qarşı münasibətdə hər kəsin barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalı olduğunu deyib.

 Tədbirdə tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay