A

16 fevral tarixində Aprel şəhidi Mahir Mirzəyevin doğum günüdür. Yaşasaydı 29 yaşı olacaqdı.

İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid Mahir Mirzəyevin doğum gününə həsr olunan tədbir keçirilib.

Dekan müavini Rahim Mürsəlov, Mahir Mirzəyevin atası Sabir Mirzəyevin, fakültə THİK sədri Əli Əskərzadə və tələbələrin iştirakı ilə keçirilən anım tədbirində Mahir Mirzəyevin əziz xatirəsi yad edilib.

Tədbir bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay