A

UNEC-in Rus İqtisad Məktəbində müasir cəmiyyətimizin ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib.

Tədbirin əvvəlində maarifləndirici videorolik nümayiş olunub.

Tədbirdə UNEC tibb məntəqəsinin nümayəndəsi narkotik aludəçilərin yaşadığı fizioloji, psixoloji fəsadlardan, orqanizmdə müxtəlif istiqamətlərdə, lakin hamısı ölümcül olan hansı xəstəliklərin yaranmasına səbəb olduğundan bəhs edib.

Direktor müavini Anar Eyyubov tədbirdə problemin daha çox sosial aspektlərinə nəzər salıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay