A

UNEC-in Biznes və menecment fakültəsində valideynlərlə görüş keçirilib.

Fakültə rəhbərliyi və Fakültə İmtahan Nəzarət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən görüşün əsas mövzusu qış imtahan sessiyası ilə bağlı olub. Fakültə dekanı dosent Mirağa Əhmədov UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də imtahanlara nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Bütün tədris binalarında qərargahlar yaradılıb, “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Bundan başqa imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektor və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı"günləri keçiriləcək. Görüşdə bu ildən UNEC İctimai Nəzarət Şurasında tələbə rektorun da  təmsil olunduğu diqqətə çatdırılıb.

UNEC-də son illər baş verən müsbət yenilikləri qürurla izlədiklərini bildirən valideynlər, övladlarının burada savadlı və bacarıqlı mütəxəssis kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər. İmtahan prosesində valideynlərin müşahidəçi qismində aktiv iştirakını təmin etmək məqsədilə fakültə nəzdində Valideynlərdən ibarət İmtahan Müşahidə Şurasının yaradılması qərara alınıb. Müşahidə Şurasının üzvləri sessiya müddətində imtahanları izləyəcək, sessiyasının sonunda isə  Fakültə Elmi Şurasına hesabat təqdim edəcəklər.

Sonra valideynlərdən ibarət İmtahan Müşahidə Şurasının üzvləri imtahan prosesini izləyiblər. Onlar imtahan cədvəli, kafedrada təyin edilən imtahan məsləhət saatları ilə tanış olub, növbətçi müəllimlərlə imtahan prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay