A

UNEC-in Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru dos.  Raqif Qasımov və Tədrisin Keyfiyyətinə Nəzarət Şöbəsinin müdiri Sevda Sərdarova Zaqatala filialına səfər ediblər.

Səfərin məqsədi filialın pedaqoji heyətinə yeni təlim metodları, qruplarla iş istiqamətində təlim keçmək, yeni tədris texnologiyaları barədə məlumat vermək idi.

Qeyd edildi ki, daim tədris prosesinin keyfiyyətinin artırılması üzrəində çalışan UNEC əsas tədris binasında olduğu kimi bütün filiallarda da təhsilin səviyyəsinin daha da yüksəldilməsi üzərində çalışır.

Səfər zamanı Zaqatala filialının direktoru, prof. Orucəli Rzayev ilə səfər keçirilmiş filialda tədris keyfiyyətinin artırılması istiqamətində görülən işlər müzakirə edilmişdir.

S.Sərdarovanın iştirakı ilə tələbələrə filialda “Mikroiqtisadiyyat” fənni üzrə imtahanların yazılı formatda keçirilməsi ilə bağlı ətraflı məlumat vermiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay