A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci üzrə qiyabi şöbədə tədris prosesi 01.06.2020-ci il tarixindən distant (məsafədən) formada, onlayın rejimdə təşkil edilmişdir.

Birinci tədris həftəsi üzrə tələbələrin dərsə davamiyyət I kurslada 64-83%, II kurslarda 74-100% təşkil etmişdir. Mühasibat uçotu ixtisası üzrə II kursda (MUT-1820aq) davamiyyət ən yüksək göstərici olaraq 100% olmuşdur. Dərslər cədvələ uyğun olaraq keçirilir, tələblərin davamiyyəti gündəlik yoxlanılır, mühazirə və seminar dərsləri proqrama əsasən yerinə yetirilir. Kollecdə tədris prosesinin distant (məsafədən) formada təşkili təhsil münasibətlərinin yeni formatda inkişafına istiqamətlənmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay