A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin Pedaqoji Şurasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri müzakirə edilib.

İclasda kollecin şöbə müdirləri İlham Abbasov və Nəzrin Quliyeva 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri barədə hesabatla çıxış ediblər.

Kollecin direktoru dosent Oruc Məmmədov onlayn təşkil olunan imtahanlarda əyani şöbə üzrə 60%, qiyabi şöbə üzrə 85%, ümumilikdə isə 65% tələbənin iştirak etdiyini bildirib. İmtahanda iştirak edən tələbələrin nəticələrinin qənaətbəxş olduğunu qeyd edib.

Hesabatda müvəffəqiyyət göstəricisinin əyani şöbə üzrə 92,8%, qiyabi şöbə üzrə 95,1%, kollec üzrə - 93,2 %, keyfiyyət göstəricisinin isə əyani şöbə üzrə 68%, qiyabi şöbə üzrə 71,5%, kollec üzrə 93,2% olduğu deyilib.

İclasda UNEC rektorunun kollec üzrə məsləhətçisi professor Nuru Mikayılov imtahan sessiyasının təşkili barədə məlumat verib.

Kollecin Tələbə Gənclər Təşkilatının sədri Fidan Tahirli onlayın rejimdə təşkil edilən imtahan prosesinin uğurla təşkil olunduğunu  bildirib.

Pedaqoji Şuranın üzvlərinin 2019/2020-ci tədris ilinin bir qrup məzuları ilə videokonfrans formatında görüşü də təşkil olunub. Kollecin direktoru, dosent Oruc Məmmədov, UNEC rektorunun kollec üzrə məsləhətçisi, professor Nuru Mikayılov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində kollecdən 416 nəfər məzun olub. Onlardan 42 nəfəri kolleci fərqlənmə diplomu ilə bitirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay