A

UNEC-də 2022/2023-cü tədris ilinin payız semestrində 55 yeni fənnin tədrisinin keyfiyyətli təşkil olunması məqsədilə texniki və iqtisadiyyat ixtisasları üzrə təlimlər keçirilir.

Təlimlər Türkiyə Respublikasının Hacəttəpə, Yıldız Texniki, İstanbul, Marmara, Ankara, Qazi universitetlərindən dəvət olunmuş təlimçilər tərəfindən iki ay müddətində 30 saatlıq proqram üzrə davam edəcək.

Aprelin 28-dən isə “Maliyyə uçotu” və “Audit” fənləri üzrə təlimlərə start veriləcək. Təlimlər hibrid formatda keçiriləcək. “Maliyyə uçotu” fənni üzrə təlimi Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev, “Audit” fənni üzrə isə təlimləri “TNM AUDİT” MMC-in direktoru Nəcəf Talıbov aparacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay