A

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində yaradılan SABAH Magistraturasında "Elektron Kommersiya" ixtisaslaşması üzrə təhsil alan magistrantlara “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub.

Magistrantlar tədris prosesində əldə etdikləri bilik və bacarıqlar sayəsində “Amazon” və “eBay” platformalarında ilkin uğurlu satışlarını həyata keçiriblər.

Tədris müddətində magistrantlar üçün “Payoneer”, “Amazon”, “eBay”, “Alibaba”, “Azexport” kimi nəhəng onlayn alış-veriş platformalarında satıcı hesabları yaradılıb, eləcə də həmin platformalarda qeydiyyat, iş prinsipi real göstərilib. Həmçinin, beynəlxalq yükdaşımaların təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, elektron ticarətdə təhlükəsizliyin təmin olunması, təchizatçılarla əlaqələrin qurulması, proseslərin avtomatlaşdırılması barədə mövzuları da tədris prosesində magistrantlara real keyslərlə təqdim olunub. Proqram çərçivəsində tədris aparan müəllimlər, sahəsində peşəkar, xaricdə, dünyanın nüfuzlu universitetlərində tədris almış mütəxəssislərdir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay