A

Erasmus+ mübadilə proqramı çərçivəsində Türkiyənin Süleyman Dəmirəl Universitetinin gənc müəllimi Bayram Vəli Doyar UNEC-də təcrübə mübadiləsində olub.

UNEC-ə səfəri çərçivəsində Bayram Vəli Doyar Beynəlxalq Əməkdaşlıq Departamentində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində, “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasında və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsində görüşlər keçirib. Görüşlərdə UNEC-in beynəlxalq fəaliyyəti, tədqiqat mərkəzləri, həyata keçirilən emprik tədqiqat layihələri, həmçinin magistratura və doktorantura proqramları barədə türkiyəli qonağa məlumatlar verilib və potensial əməkdaşlıq imkanları müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay