A

UNEC-in 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsi çərçivəsində əməkdaşların İtaliyanın Boloniya Universitetinə (UNIBO) işgüzar səfəri təşkil olunub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı, Maliyyə və təminat departamentinin direktoru Seymur Nəcəfov, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor vəzifəsini icra edən İnarə Rzayeva, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədovun Boloniya Universitetinə səfərlərinin məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın  inkişafında UNIBO təcrübəsini öyrənmək olub.

Təlimin ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə akademik heyəti ilə  REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə nümayəndələr təmsil etdikləri universitetlər barədə məlumat mübadiləsi aparıblar. Eyni zamanda REFRESH layihəsi müddətində atacaqları addımlardan və fəaliyyət istiqamətlərindən danışıblar.

Proqramın növbəti günlərində UNIBO-nun sənaye mühəndisliyi kafedrasının professor-müəllim heyəti yaşıl və dayanıqlı enerjinin inkişafı məqsədilə görülən işlər, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində göstərdikləri təşəbbüslər barədə seminar keçiblər. UNIBO-nun tədqiqat və innovasiyalar mərkəzinin əməkdaşları isə tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla çıxış edərək, sualları cavablandırıblar.

Təlim proqramının sonuncu günü REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımları istiqamətində müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay