UNEC və HES-SO ali idarəetmə məktəbinin əməkdaşlığı çərçivəsində səfərin sonuncu günü tələbələrə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) gənc müəllimləri Vüsal Əhmədov və Nəzrin Axundzadə “Mərkəzi Asiya regionu ölkələrinin Avropa və Çin ilə Əlaqələri” və “Yeni ipək yolu” adlı mövzularda seminarlar keçiblər.
Seminarların sonunda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktor vəzifəsini icra edən Afət Ələkbərova isveçrəli tələbələrlə yekun görüş keçirib, onları sertifikatla təltif edib.
Günün ikinci yarısında tələbələr Express banka səfər edib. Görüşdə Azərbaycan Banklar Assosiasiyası, Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupun rəhbəri Tamerlan Rüstəmov tələbələrə Azərbaycandakı bank sistemi ilə bağlı seminar keçib. Seminardan sonra Express Bankın İnsan resursları departamentinin İşçilərin cəlb olunması və motivasiyası şöbəsinin müdiri Cəmilə Dadaşova, Hesablaşmalar departamentinin direktoru Lalə Talıbova, Rəqəmsal xidmətlərinin tətbiqi şöbəsinin aparıcı mütəxəssisi Balaş Qulamov görüşün şəbəkləşmə hisəssində tələbələrin Express bank və Azərbaycan bank sektoru haqqında suallarını cavablayıb.
Daha sonra tələbələrin Paşa Holdinqə səfəri baş tutub. PAŞA Holding-in Makroiqtisadi araşdırmalar departamentinin əməkdaşları tərəfindən tələbələr üçün “Business in Azerbaijan: Economic and Financial Perspective” mövzusunda təqdimat təşkil olunub.
Görüş zamanı şirkətin Makroiqtisadi Araşdırmalar departamentinin əməkdaşları xarici qonaqları Azərbaycanda biznes mühiti və “PAŞA Holding”in gördüyü işlər barədə məlumatlandırıb. Böyük maraqla qarşılanan təqdimatdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.