A

UNEC nümayəndə heyəti İstanbul Universitetində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirib.

UNEC-i Türk Dünyası İqtisad Fakültəsinin dekanı, v.m.i.e. Yusif Əliyev, Bir Pəncərə şöbəsinin müdiri Nərmin Zeynallı, Beynəlxalq Əməkdaşlıq Departamentinin xarici əlaqələr şöbəsinin mütəxəssisləri Günel Cəlilova və Xanım Ağadadaşova, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Samir İsmayılzadə təmsil edib.

Görüş zamanı iki universitet arasında akademik əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, beynəlxalq proqramlar, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. İstanbul Universitetinin əcnəbi tələbə cəlbi strategiyaları, rəqəmsal tədris imkanları və innovativ tədris modelləri barədə UNEC nümayəndələrinə ətraflı məlumat verilib.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək, birgə layihələrin təşkili və beynəlmiləlləşmə prosesində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay