A

UNEC-in rektoru, professor Ədalət Muradov, tanınmış investor Elşad Abbasov, Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi Məmməd Kərim və İqtisad Universitetinin gənc müəllimi, Masaçusets Texnologiya İnsitutunun (MİT) məzunu Ramil Məhərrəmov İnnovativ Biznes İnkubatorda  (İBİ) startapçılarla görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft ixracının stimullaşdırılması, bu sahədə mütəxəsislərin hazırlanmasını prioritet məsələ kimi qarşıya qoyruğunu bildirən rektor UNEC-in dövlət strategiyasına dəstəyini nümayiş etdirmək məqsədilə tədbirlər planı hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, UNEC startapçılarınından istəyimiz qeyri-neft sektorunun inkişafına təkan verən layihələr görməkdir. Ə.Muradov İnnovativ Biznes İnkubator nəzəri biliyi praktiki biliyə çevirən məkan olmalıdır, deyə bildirib. Rektor ən fəal startapçı, UNEC tələbəsi Fəqan Çələbizadəyə və onun komandasına fəaliyyətinin daha da genişləndirməsi üçün ofis şəraitinin yaradılması barədə göstəriş verib.Daha sonra investorlar təcrübələrini bölüşərək, tövsiyyələrlə çıxış ediblər.

UNEC-in İnnovativ Biznes İnkubator layihəsini müsbət dəyərləndirən Elşad Abbasov ideyanın startapa çevrilməsi yollarından danışıb. Bildirib ki, bu gün ölkədə biznes inkubatorlarının yaranmasına diqqət yaranıb. Artıq investorlar startaplara maraq göstərir. Amma sərmayədar hər ideyaya vəsait yatırmır. Çünki bütün ideya startapa çevrilə bilmir. Tanınmış investor bu sahədə uğur qazanmağın üç yolunu xüsusi qeyd edib – istək, əzmkarlıq və komanda işi. E.Abbasov innovativ texnologiyalara yönələn startapların daha faydalı olacağını və gələcəyin investorlarının bu sahəyə diqqət yönəltmələrini təklif edib.İdeya startarın 20-30 faizidir deyə, bildirən investor R.Məhərrəmov UNEC-də startap layihələrinə olan marağın artırılması məqsədilə təkliflər irəli sürüb. Bildirib ki, İBİ-yə mentorların cəlbi, onun nəzdində İnvestisiya Şurasının və ya fondunun yaradılması, tədrisdə startapların müzakirəsi bu sahənin sürətli inkişafına təkan ola bilər.

Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi M.Kərim isə qeyd edib ki, investor universitetdən bacarıqlı kadrlar və maraqlı təşəbbüslər gözləyir. Hesab edirəm ki, ölkədə ilk dəfə UNEC-də yaradılan İBİ gələcəyin ökə iqtisadiyyatına fayda verəcək investorlarını yetişdirəcək. M.Kərim tələbələrə bu layihələrə təkcə hobbi kimi yanaşmamağı, iş həyatı ilə yaxından tanış olmağı tövsiyyə edib.Sonda tələbələrin sərmayənin cəlb edilməsi, startapların beynəlxalq aləmə çıxış imkanlarının əldə edilməsi yolları, bu sahədə qarşıya çıxan çətinliklər, bazarın şərtləri, investorlardan gözləntiləri və digər sahələrə dair sualları cavablandırılıb.

Qeyd: 2014-cü ildə yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) əsas məqsədi gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərmək,tələbələrə praktiki bilikləri verməkdir. Hazırda burada 12 layihə reallaşdırılır. 

TOP XƏBƏRLƏR