Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları İsveçrənin Noşatel şəhərində keçirilən ConnectEurasia – COIL layihəsinin yekun komitə görüşündə iştirak ediblər. Tədbir Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin (HES SO) nəzdində HEG Arc - Ali İdarəetmə Məktəbinin təşkilatçılığı ilə baş tutub.
UNEC-i tədbirdə Biznes Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Sevər Məmmədova və EFTİED – Elmi Fəaliyyətin Təşkili şöbəsinin müdiri, siyasi alim Nərgiz Hacıyeva təmsil ediblər.
Link:https://www.he-arc.ch/landing/connecteurasia/
Layihə çərçivəsində İsveçrə, Çin, Qazaxıstan və Azərbaycan universitetlərinin tələbələri “Sustainability for Business Education” istiqamətində birgə fəaliyyət göstərərək müxtəlif şirkətlərin dayanıqlılıq siyasətlərini araşdırıb, nəzəri və praktiki hesabatlar hazırlayıb və təqdim ediblər. UNEC əməkdaşları tələbələrin akademik mentorları qismində çıxış edərək onların statistik təhlil, hesabat yazmaq və təqdimat bacarıqlarının inkişafına dəstək olublar.
Yekun görüşdə layihənin nəticələri təqdim olunub, gələcəkdə daha genişmiqyaslı akademik əməkdaşlığın həyata keçirilməsi, habelə layihənin nəticələrinin yüksək impakt faktorlu beynəlxalq jurnalda məqalə şəklində dərc edilməsi imkanları müzakirə olunub. UNEC əməkdaşları, həmçinin noyabr ayında keçiriləcək beynəlxalq simpoziumda panel sessiyada çıxış edərək COIL layihəsinin nailiyyətlərini beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.