3sual.az oyunlar platforması və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Tələbələrin İntellekt Liqasının birinci turu uğurla başa çatıb.
Yarış UNEC-in müxtəlif tədris binalarında təhsil alan tələbələrdən ibarət 16 komandanın iştirakı ilə keçirilib. Gərgin və bilik dolu mübarizə nəticəsində “Finise” komandası 13 xalla birinci, “Ozymandias” və “Ələddinin sehrli çırağı” komandaları isə 12 xalla ikinci və üçüncü yeri qazanıblar.
Qeyd edək ki, turnir ümumilikdə 6 turdan ibarət olacaq. Turların yekun nəticələrinə əsasən ən yüksək nəticə göstərən komandalar universitetlərarası final mərhələsində iştirak hüququ qazanacaqlar.