A

UNEC müəllimləri “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Poznan İqtisadiyyat və Biznes Universitetində olublar.

UNEC-in SABAH qruplarının rəhbəri Aida Quliyeva Azərbaycanda makroiqtisadi indekatorların təhlili və onların əsasları barədə mühazirələr oxuyub. Birbaşa xarici investisiyaları Azərbaycan iqtisadiyyatı timsalında təhlil edib.

“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Günay Quliyevanın mühazirə mövzuları isə “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi (Avropa ittifaqı ilə əlaqələr)”, “Azərbaycan biznes mühiti və ixrac potensialı”,  “Müasir Azərbaycan iqtisadiyyatının formalaşması mərhələləri”, “Azərbaycanın enerji resursları və onların iqtisadi əhəmiyyəti” barədə olub. “Mərkəzi bankçılıq və mərkəzi banklarda istifadə olunan alətlər”, “Törəmə maliyyə alətləri” mövzusunda mühazirələri isə Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Anar Məmmədov keçib.

Tələbələrin böyük maraqla dinlədikləri mühazirələr fikir mübadilələri ilə davam edib. Poznan İqtisadiyyat və Biznes Universitetin rəhbərliyi UNEC müəllimlərinin pedaqoji potensiallarını yüksək qiymətləndirərək, mübadilənin hər iki tərəf üçün faydalı olduğunu bildiriblər.

UNEC müəllimləri səfər çərçivəsində beynəlxalq konfranslara da qatılıblar. Maliyyə və iqtisadi siyasət üzrə I beynəlxalq konfransda iştirak edən UNEC nümayəndə heyəti sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay