A

Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri xanım Fabien Dryu-Lozinski UNEC-də olub.

UNEC-in

Rus İqtisad Məktəbində

keçirilən görüş Azərbaycan - Fransa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunub.

Rus İqtisad Məktəbinin direktoru, dosent

Mənsur Bərxudarov

hər iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk səfər etdiyi ölkənin məhz Fransa olduğunu xatırladıb. O, həmçinin Azərbaycanın Avropa Şurasına qoşulmasında Fransanın mühüm addımlar atdığını da bildirib.

UNEC-də olmaqdan məmnunluğunu bildirən xanım Fabien Dryu-Lozinski ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Qonaq tələbələrin Azərbaycan-Fransa əməkdaşlığı ilə bağlı suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Görüş UNEC Rus İqtisad Məktəbinin Gənc Diplomatlar Klubunun təşəbbüsü ilə keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay