UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov 30 oktyabr və 1 noyabr tarixlərində Hindistanın Yeni Dehli şəhərində keçiriılən "FICCI 2018" Ali Təhsil Sammitində iştirak etmişdir.
Tədbirdə UNEC əməkdaşı ilə bərabər Təhsil Naziliyinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin, ADA Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Xəzər Universitetinin də nümayəndələri iştirak ediblər.
UNEC nümayəndəsi tədbir iştirakçılarını Azərbaycan təhsil sistemi və nailiyyətlərimiz barədə məlumatlandırıb. Sammitdə iştirak edən Hindistanın aparıcı universitetləri ilə əməkdaşlıq potensialı və tələbə müəllim mübadiləsi istiqamətində fikir mübadiləsi aparmışdır.
UNEC-in beynəlxalq reytinqlərdə mövqeyi və dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları barədə yüksək fikirdə olan Hind universitetləri əməkdaşlıqda maraqlı olduqlarının diqqətə çatdırdılar.