A

8 aprel 2019-cu il Ege Universiteti (İzmir,Turkiyə) “Mühəndislik” fakültəsi, “Qida mühəndisliyi” kafedrasının müdiri Figen Ertekin və UNEC Texnologiya və Dizayn fakültəsinin dekanı prof. Vəkil Hüseynov, Ekspertiza və standartlaşdırma   fakültəsinin dekanı dos. Tofiq Osmanov, “Qida məhsullarının texnologiya” kafedrasının müdiri dos. Mehriban Məhərrəmova və “Dizayn” kafedrasının müdiri s.ü.f.d. Lalə Məmmədova arasında ikili diplom proqramının həyata keçirilməsi məsələsi müzakirə edilmişdir.

Qeyd edək ki, iki universitet arasında imzalanmış müqavilə, tələbələrin gələcək seçimləri üçün çox uğurlu olacaq. Artıq tələbələr həm UNEC-də, həm də Ege Universitetində təhsil alma şansı qazanacaq və hər iki universitetin diplomunu əldə ede biləcəklər. Bu müqavilənin hər iki dövlət və hər iki universitet üçün daha da uğurlu olacağına əminik. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay