A

Rumıniyanın Transilvaniya Brasov Universitetinin professoru Dr.Ana-Maria Bolborici UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) və SABAH qrupunun tələbələrinə mühazirə deyib.

Rumın professor tələbələrə “Siyasi güc. Gücü fərdiləşdirmək: Rumıniya - 1989-cu il inqilabından əvvəl və sonra müqayisə” mövzusunda mühazirə oxuyub. Səfər çərçivəsində Dr.Ana-Maria Bolborici tələbələrə Transilvaniya Brasov Universiteti haqqında geniş təqdimat keçirib, onları Erasmus+ proqramı və mübadilə imkanları barədə də məlumatlandırıb.

Qeyd edək ki, UNEC-lə Transilvaniya Brasov Universiteti arasında birgə elmi təqdiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsi istiqamətində Erasmus+ proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC-in müəllimləri də Transilvaniya Brasov Universitetində mühazirə deyəcək.

Hazırda UNEC-in bir tələbəsi Transilvaniya Brasov Universitetində mübadilə proqramı çərçivəsində təhsilini davam etdirir.

TOP XƏBƏRLƏR