A

Fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitet Sistemində İnteraktiv Təhsil” təlimində iştirak edən gənc müəllimlərlə görüş keçirilib.

Müəllimlərlə görüşdə UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, təhsil sistemində aparılan islahatlar universitetlərarası rəqabəti daha da gücləndirib, yaxşı müəllim və yaxşı tələbə uğrunda mübarizəyə təkan verib. UNEC bu mübarizədə öndə olmaq iddiasındadır, deyən rektor universitetin pedaqoji heyətinin əməkhaqlarının 3 mərhələdə artırıldığını və UNEC-in pedaqoji fəaliyyətə görə əməkhaqqının Türkiyə universistetlərinin əməkhaqlarından yüksək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, universitetin qarşısında duran vəzifələri həll etmək üçün kifayət qədər güclü kadr potensialı var və bizim gənc müəllimlərdən gözləntilərimiz daha çoxdur.

Görüşdə təlim iştirakçılarının təəssüratları dinlənilib, təlimlərdə əldə etdikiləri bilik və gələcək planlar barədə müzakirələr aparılıb. Müəllimlər Uludağ universitetinin professoru Ercan Dülger oğlunun təcrübə mübadiləsinin kifayət qədər faydalı olduğunu və yaz semestrindən dərslərdə interaktiv tədris metodlarından istifadə edəcəklərini bildiriblər. Tədrisin keyfiyyətinin inkişafı üçün belə təlimlərin davamlı olmasını təklif ediblər.

Sonra rektor Ə.Muradov türkiyəli professor Ercan Dülgeroğluna UNEC-in təşəkkürnaməsini təqdim edib.

Qeyd edək ki, Quba Tədris, İdman və İstirahət Kompleksində Uludağ universitetinin professor Ercan Dülgeroğlunun tərəfindən təşkil olunan təlimlərdə UNEC-in 32 müəllimi iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay