A

Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin gənc müəllimləri təcrübə mübadiləsi çərçivəsində UNEC-in SABAH Mərkəzində olublar.

Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin Beynəlxalq proqramlar üzrə rəhbəri Andras Bethlendi, İqtisadiyyat fakültəsinin dekan müavini Emma Logo və Beynəlxalq əlaqələr departamentinin direktor müavini Maria Csete UNEC SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva ilə görüşüblər.

Görüşdə universitetlərarası ikili diplom, tələbə və müəllim mübadiləsi, eləcə də tədris proqramları, imtahan və dərs prosesi, elmi tədqiqatların aparılması, laboratoriya və kitabxanaların fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

UNEC-də təcrübədə olan macarıstanlı nümayəndə heyəti bir həftə ərzində SABAH qruplarının tələbələrinə ustad dərslər keçəcəklər.

Xatırladaq ki, bu ilin mart ayında dosent Aida Quliyeva və SABAH qruplarının 15 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin dəvəti ilə həmin universitetdə işgüzar səfərdə olublar.

Səfər çərçivəsində SABAH tələbələri magistr təhsili alan beynəlxalq qrupların tədris prosesində iştirak ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay