Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında Erasmus+ mübadilə proqramına əsaslanan müqavilə imzalanıb. 

Tərəflər arasında əldə olunan razılığa əsasən, UNEC-in  20 tələbəsinin və 16 nəfər müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub. 
Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Belə ki, müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif  strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.

TOP XƏBƏRLƏR