A

UNEC-in müəllimləri hibrid formada keçirilən beynəlxalq simpozium TÜCAUM 2022-də çıxış ediblər.

Ankara Universiteti Türkiyə Coğrafiyası Araşdırma və Uyqulama Mərkəzi tərəfindən coğrafiya və əlaqəli sahələrdə  çalışan alimlərin  bir araya gətirildiyi simpoziumda UNEC-in Sosial innovasiyalar və ictimai idarəetmə kafedrasının baş müəllimi Firuzə Cəfərova kafedranın dosenti İlqar Xəlilovla həmmüəllif olduqları “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatı sahələrinin inkişafının müasir vəziyyəti və dayanıqlı inkişaf perspektivləri” mövzusunda çıxış edib.

Simpoziuma onlayn qatılan kafedranın dosenti Afaq Hacıyevanın çıxışı isə “Böyük Qafqazın cənub-şərq yamacının təbii landşaftlarında otlaq təsərrüfatının yaratdığı ekoloji problemlər” mövzusunda olub.

 

TOP XƏBƏRLƏR