A

UNEC-də yeni tədris ilinin Elmi Şurasının ilk iclası keçirilib.

UNEC rektoru professor Ədalət Muradov şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. İclasda yeni tədris ilinə hazırlıq, qarşıda duran əsas vəzifələr, eləcə də yay imtahan sessiyasının və yay semestrinin nəticələrinin və digər vacib məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

İmtahan Mərkəzinin direktoru dos.Söhrab İsayev 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının nəticələri barədə çıxış edib. Hesabatda tələbələrin fakültələr üzrə akademik nəticələri, sessiyanın nəticələrinin əvvəlki tədris illəri ilə müqayisəsi, müvəffəqiyyət göstəriciləri və s. barədə məlumat verilib. S.İsayev yeni tədris ilində  tələbələrin biliyinin qiymətləndirilməsi Qaydaları haqqında da çıxış edib.

Sonra 2022/2023-cü tədris ilinin Yay semestrinin yekunları barədə Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin hesabatı dinlənilib. Bildirilib ki, hibrid formada təşkil olunan yay semestrində 70 fənn üzrə 1001 tələbə iştirak edib. Kənar universitetlərdən yay semestrində iştirak edən tələbə sayı 23 nəfər olub.

Tədris üzrə prorektor dos. Gəray Musayev yeni tədris ilində qarşıda duran vəzifələr, eləcə də I kursa bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulunun nəticələri haqqında hesabat verib. Qəbul faizlərinin sevindirici olduğunu deyən prorektor, ötən illərlə müqayisədə magistratura səviyyəsinə qəbulun 15%, bakalavriaturaya isə 10% artdığını deyib. 600 və daha yüksək bal toplayan 217 abituriyentin UNEC-ə qəbul olduğunu deyən G.Musayev bu rəqəmin ötən 4 illə müqayisədə 17% çox olduğunu diqqətə çatdırıb.

Rektorun müşaviri dos. Elşən Bağırzadə “UNEC professoru vəzifəsi və onun tutulması haqqında Qaydalar”ına edilən dəyişikliklər barədə çıxış edib. Dəyişikliyə əsasən,  “UNEC professoru” vəzifəsini tutmaq qaydaları müddətsiz professor tələblərinə uyğunlaşdırılıb.

E.Bağırzadə UNEC Diferensial Əmək Haqqı Sistemini, elmi fəaliyyətin qiymətləndirilməsi sistemində edilən dəyişiklikləri də diqqətə çatdırıb. Bildirib ki, ilin yekununda istinadların sayına görə (özünüistinadlar istisna olmaqla) I yerə 15 min, II yerə 10 min, III yerə görə isə 5 min manat birdəfəlik mükafat təsis edilib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

TOP XƏBƏRLƏR