UNEC rektoru professor Ədalət Muradov tələbə təşkilatlarının (Tələbə rektor, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti, UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi, İqtisadçı Vətənpərvərlər Təşkilatı, UNEC Könüllüləri Təşkilatı, Rəqəmsal Könüllülər Təşkilatı, UNEC Future Club) rəhbərlərilə görüşüb.
Görüşdə dərslərin vəziyyəti, kitabxanalardakı xidmət, tələbə yeməkxanasındakı yeməklərin keyfiyyəti və qiymətləri, aralıq imtahanlarının nəticələri, eləcə də tələbələri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb. Həmçinin UNEC-də keçirilən tədbirlərin təşkili sisteminin təkmilləşdirilmiş variantının təqdimatı olub.