A

UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.

“Naxçıvan” Universitetinin rektoru dosenr Anar Kazımovun dəvəti ilə UNEC-in tədris üzrə prorektoru dos. Gəray Musayev, Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, UNEC Ekstern mərkəzinin direktoru Zaur Əziz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva “Naxçıvan” Universitetində işgüzar səfərdə olublar.

Nümayəndə heyəti öncə universitetin maddi-texniki bazası, infrastrukturu, imtahan otaqları, tələbə yataqxanası və kitabxana ilə tanış olublar. Həmçinin STEAM komandası ilə görüşərək, tələbələrin bir-birindən maraqlı startap layihələrinin təqdimatını izləyiblər.

Sonra UNEC nümayəndələri universitetin rektoru, dos. Anar Kazımov və inzibati heyətlə görüşüblər. Görüşdə hər iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər, həyata keçiriləcək tədbirlər, eləcə də gələcək perspektivlər müzakirə olunub.

İşgüzar səfər UNEC əməkdaşlarının “Naxçıvan” Universitetinin müvafiq strukturlarında təcrübə mübadiləsi ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay