A

UNEC-in Maliyyə və təminat departamentinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Nizami Bayramovun 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə tədbir keçirilib.

Tədbirdə iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılov, Maliyyə və təminat departamentinin direktoru- baş mühasib Seymur Nəcəfov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanov, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov və əməkdaşlar iştirak ediblər. Çay süfrəsi arxasında, səmimi ortamda keçirilən tədbirdə UNEC kollektivi Nizami Bayramovu 65 illik yubileyi münasibətilə təbrik edərək, onun səmərəli əmək fəaliyyətindən danışıblar. Həmçinin Nizami Bayramovun səmimi və mehriban iş yoldaşı, həmkar olduğunu vurğulayıblar. Nizami Bayramov ona göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirərək, UNEC ailəsinin hər zaman onun üçün doğma olaraq qalacağını bildirib.

TOP XƏBƏRLƏR