A

UNEC-in Maliyyə və mühasibat, İqtisadiyyat və idarəetmə, Rəqəmsal İqtisadiyyat, Biznes və menecment, Mühəndislik fakültələri, Rus İqtisad Məktəbi, Dizayn Məktəbi, Beynəlxalq İqtisadiyyat Məktəbi, Türk Dünyası İqtisad Fakültəsində, SABAH Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM), UNEC Biznes Məktəbində, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində (ÜFTTD) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər, seminarlar və xüsusi dərslər təşkil olunub.

Keçirilən tədbirlərdə soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırıma həsr olunan videoçarxlar nümayiş olunub.

Silsilə tədbirlərdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar.  Bildirilib ki, o faciələrdən əsrlər, illər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirələrini dərin ehtiramla yad edirlər.

Tədbirlərdə Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi barədə müzakirələr aparılıb.

Tədbirlərdə çıxış edənlər 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla, bu terroru dünyaya çatdırmağın vacibliyindən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay