A

UNEC-də “Rəqəmsal bacarıqlar” (Digital skills) təlimlərini uğurla bitirən müəllim və əməkdaşlara sertifikatların təqdimolunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli layihə barədə məlumat verib. Bildirib ki, “Rəqəmsal bacarıqlar” üzrə təlimlər 2 mərhələdə aparılıb. Təlimlər “Kommunukasiya”, “ Engagement”, “Visuallaşdırma”, “İnnovasiya və Hakaton” modulları üzrə olub. UNEC müəllimləri tərəfindən aparılan ilkin mərhələdə 17 nəfər, sonrakı mərhələdə isə   210 nəfər iştirak edərək, təlimləri uğurla bitirib.

Tədris üzrə prorektor dos.Gəray Musayev təlim iştirakçılarını təbrik edərək, müəllimlərin beynəlxalq təcrübə əsasında əldə etdikləri bilik və bacarıqların tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyindən əminliyini ifadə edib. Rəqəmsal bacarıqlara tələbin getdikcə artdığını deyən prorektor, müəllimlərin tədris etdikləri fənn üzrə müasir bilik və bacarıqlara sahib olmalarının əhəmiyyətindən də danışıb.

Tədbirdə təlimin israilli rəhbəri Dan Friefeld də çıxış edərək,  layihənin baş tutmasında  dəstək olan tərəfdaşlara təşəkkürünü bildirib.

Sonra təlim iştirakçılarına və könüllülərə sertifikatlar təqdim olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay