A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov təcrübə mübadiləsi məqsədilə UNEC-də qonaq olublar.

Səfər çərçivəsində UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədovla görüş zamanı Mədəniyyət Nazirliyi ilə UNEC arasında faydalı əməkdaşlığın genişləndirilməsi və bu konteksdə yeni istiqamətlərin müəyyənləşdirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialının və milli-mənəvi dəyərlərin beynəlxalq arenada təbliğinə xidmət edən aktual nəşrlərin birgə hazırlanması məqsədilə qarşılıqlı layihələrin icrasına dair ilkin razılıq əldə edilib. Sonra qonaqlar nazirliyin nəşr etdiyi bir neçə nəfis tərtibatlı kitabları UNEC-ə hədiyyə ediblər.

UNEC kitabxanaları ilə tanışlıq zamanı Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva UNEC-də istifadə olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, elektron resurslar, tətbiq olunan innovativ iş metodları və prinsipləri, onlayn xidmətlər, yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, yeni kitabların alınması və bir sıra nəşrlərin mübadiləsi ətrafında müzakirələr də aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay