A

İyunun 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlər “UNEC İctimai Nəzarət Şurası” üzvlərinin müşayiəti ilə Kommersiya, İqtisadiyyat və sənaye, Texnologiya və dizayn fakültələrində keçirilən imtahan sessiyasının gedişini müşahidə ediblər.

İmtahanlardan sonra valideynlər imtahan prosesinin gedişi ilə bağlı təəssüratlarını Şura üzvləri ilə bölüşüblər. Universitetdəki müəllim-tələbə münasibətini müsbət qiymətləndirən valideynlər, burada tələbələr üçün lazımi şərait yaradıldığını vurğulayıblar.Sonra “UNEC İctimai Nəzarət Şurası”nın üzləri valideynlərin şikayət və təkliflərini, onları narahat edən sualları cavablandırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay