A

UNEC-in Xarici Dillər Departamentinin nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zəriflikdən Zirvəyə” adlı tədbir keçirilib.

Tədbirdə Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri Aynur Mirzəyeva çıxış edərək, UNEC-də uzun illər xarici dillərin tədrisi ilə məşğul olmuş təhsil işçilərinin xidmətlərini təqdimat vasitəsilə xatırlayıb və onların fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

Sonra mərkəzin müəllimləri Pərvanə Abbasova, Gönçə Kərimova, Arzu Hacıyeva və Samirə Ramazanova Azərbaycan qadınının elmdə, təhsildə və idarəçilikdə rolundan, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında qadınların cəmiyyətin inkişafına verdiyi töhfələrdən danışıblar. Həmçinin Azərbaycanın tarixində və müasir dövrdə fərqlənmiş, ölkənin inkişafına mühüm töhfələr vermiş milli qəhrəman qadınlar haqqında danışıblar.

Sonda mərkəzinin icraçı assistenti Tamara Əliyeva 50 illik nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman ilə təltif olunub.

TOP XƏBƏRLƏR