A

UNEC-in Zaqatala filialında yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. 

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev tədbiri giriş sözü ilə açaraq professor-müəllim heyətini və tələbə kollektivini 2018/2019-cu tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. O.Rzayev qeyd edib ki, düzgün seçim uğurlu karyeranın başlanğıcıdır. Ali məktəb seçimi hər bir tələbənin həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ali məktəb tələbələrin gələcək təhsilində, uğurlu peşə fəaliyyətində, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. 

Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova çıxışı zamanı yeni tədris ilinin başlaması münasibəti ilə ürək sözlərini çatdırıb. Tələbələrin çıxışlarından sonra "Tələbə andı" səsləndirilib. Tədbir bədii proqramla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay