A

RUR reytinq agentliyi 2020-ci ilin 29 iyun tarixində dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.

Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu bu reytinq sıralamasında UNEC daha bir uğura imza atıb. Belə ki, “Texniki elmlər” ixtisası üzrə UNEC dünya üzrə 718-ci, Azərbaycan üzrə isə birinci yerdə qərarlaşıb. Həmçinin “Təbiət elmləri” ixtisası üzrə UNEC dünya üzrə 692-ci, Azərbaycan üzrə isə ikinci yerə yüksəlib.

RUR haqqında:  RUR reytinq agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və Moskva şəhərində yerləşir. Reytinq agentliyi hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə reytinq sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100-dən artıq universitetinin fəaliyyətini 20 indikator və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. RUR reytinq agentliyi universitetlərin tədqiqat fəaliyyətini Clarivate şirkətinin tədqiqat bazaları əsasında ölçür. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay