A

UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunan silsilə tədbirlə keçirilib.

Biznes və menecment fakültəsi, Türk Dünyası İqtisad fakültəsi, Beynəlxalq Magistrutura və Doktorantura mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Biznes və menecment fakültəsinin dekanı, dos. Mirağa Əmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və Azərbaycan tarixindəki rolundan danışıb.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri, prof. Vəkil Həsənov, "Ticarət və gömrük işinin təşkili" kafedrasının müdiri, prof. Arif Şəkərəliyev, "İqtisadiyyat və işlətmə" kafedrasının müdiri, dos. Oqtay Quliyev, Elşən Məmmədli çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq münasibətiləri və müasir Azərbaycan Respublikasının AXC-nin varisi kimi dünya dövlətləri içərisində layiqli yer tutması barədə öz fikirlərini bölüşüblər.

UNEC Rus İqtisad Məktəbində isə Respublika Günü münasibətilə “Müasir iqtisadiyyat dünya çağırışları kontekstində” mövzusunda elmi-praktik tələbə konfransının plenar iclası təşkil olunub. Tədbirdə tələbələr rəqəmsallaşma, pandemiya və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə həsr olunmuş aktual mövzularda çıxış ediblər.

UNEC-in Zaqatala filialında Respubilika Gününə həsr olunan tədbir isə “Şərqin ilk  demokratik Respubilikası” mövzusunda olub.

Tədbirdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin tarixindəki rolundan danışıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini bildirib. O, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın öz suverenliyini qoruyub saxladığını, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini deyib.

Sonra "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri, dosent Səfər Razıyev və tələbələr çıxış edərək Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, süqutu, qurucuları və tarixi əhəmiyyətindən bəhs ediblər.

Sonda Respublika Gününə həsr edilən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay