A

UNEC-də bu il magistraturaya ümumi qəbul planı birinci mərhələ üzrə 99,64 faiz yerinə yetirilib.

UNEC Biznes Məktəbi (MBA) üzrə qəbul 100%, Magistratura Mərkəzi üzrə (texniki-texnoloji ixtisaslar) 100%, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi üzrə isə (İqtisadiyyat və idarəetmə ixtisasları) 98,9 faiz olub.

Boş qalan 7 yer isə bu ildən qəbuluna başlanan SABAH Magistraturasının “Elektron kommersiya” ixtisası üzrədir. 100 nəfər plan yerinə birinci mərhələdə 93 magistr qəbul olub.

Bütövlükdə, bu il UNEC-ə qəbul olan magistrlər ölkə üzrə magistraturaya qəbul planının 17,5 faizinə bərabərdir. Ölkə üzrə magistraturaya qəbul olan hər 6 nəfərdən biri UNEC-i seçib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay