A

UNEC-ə yeni qəbul olunan tələbələr üçün ənənəvi Oriyentasiya günü keçirilib.

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan Oriyentasiya günündə birinci kurslara universitetdəki tədris və imtahan prosesi, UDİD və menor, eləcə də xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları və s. barədə ətraflı məlumat verilib. Birinci kurslar tələbə təşkilatlarının, Karyera Mərkəzinin, İnnovativ Biznes İnkubatorun, kitabxanaların fəaliyyəti ilə də yaxından tanış olublar.

UNEC könüllüləri I kurs tələbələri üçün universitet ərazisində informasiya turu da təşkil ediblər.Tədbirdə həmçinin UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Yüksək bal toplayan tələbələr Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, UNEC-ə 2022/2023-cü tədris ilində 3445 nəfəri bakalavr, 2197 nəfəri isə magistr olmaqla, 5642 tələbə qəbul olunub.

Bakalavriatura səviyyəsinə qəbul olunan 3445 nəfərdən 3290 nəfəri abituriyent, 155 nəfər isə subbakalavrdır. Dövlət sifarişi ilə qəbul olunanların sayı 2737, ödəniş əsaslarla təhsil alanların sayı 708 nəfərdir. Cari tədris ilində 600 və daha yüksək bal yığaraq UNEC-ə qəbul olan tələbə sayı 186 nəfərdir. UNEC-ə bakalavriatura səviyyəsində maksimal bal 676.1 olub.

Magistratura səviyyəsinə qəbul olunan 2197 tələbədən 905 nəfəri Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə, 1292 nəfər isə UNEC Biznes Məktəbinə qəbul olunub.

Tələbələrimizi təbrik edirik, təhsillərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay