A

Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” mövzusunda təlim  keçirilib. 

Təlimdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva UNEC KİM barədə ətraflı təqdimatla çıxış edib. Təqdimat nəticəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşı beynəlxalq və milli elektron kitabxanalardan, müxtəlif məlumat bazalarından istifadə qaydaları, oxuculara bu sahədə konsaltinq xidmətinin təşkili, kitabxanalarda big datalardan istifadənin perspektivləri, smart texnologiyaların tətbiqi ilə istifadəçilərə yeni virtual xidmətlərin təqdim edilməsi sahəsində zəruri bilik və bacarıqlar əldə ediblər.

Təlimdə təqdim edilən milli elektron kitabxanalar sırasında UNEC-in elektron kitabxanası təlim iştirakçılarının böyük marağına səbəb olub. Bildirilib ki, regionlarda oxucular tərəfindən iqtisadiyyata dair ədəbiyyata maraq genişdir və bu məqsədlə oxucu tələbatlarının ödənilməsində UNEC elektron kitabxanasının resursları əvəzsiz rol oynayacaq. 

Sonda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin beynəlxalq və milli elektron resurslardan istifadə imkanları, istifadəçilərə bu sahədə onlayn xidmətlərin təşkili məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay