A

Noyabrın 4-də UNEC-də ilk dərslər Zəfər Gününə həsr olunub.

Maliyyə və mühasibat, Biznes və menecment, İqtisadiyyat və idarəetmə, Rəqəmsal iqtisadiyyat, Mühəndislik, Türk Dünyası İqtisad  fakültələri, Rus İqtisad Məktəbi, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH mərkəzi, UNEC Dizayn Məktəbi, UNEC Biznes Məktəbi, Ümumi fənlərin tədrisinin təşkili departamentinin nəzdində olan kafedralarda, eləcə də Zaqatala filialında təşkil olunan ilk dərslərdə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.

Tələbələrə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs olunub. 

Qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay