A

İqtisadiyyat və idarəetmə fakültəsində elmi tədqiqat sahəsində qazanılan uğurlarının təqdimatı keçirilmişdir. 

UNEC-in 95 illik yubileyi çərçivəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə UNEC-n fəxri professoru Validə Mehdiyevanın elmi tədqiqat sahəsində qazandığı uğurların təqdimatı keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov çıxış edərək c.e.n., fəxri professor Validə Zülfüqar qızı Mehdiyevanın elmi tədqiqat sahəsində qazandığı uğurlar və həmçinin səmərəli pedoqoji fəaliyyəti haqqında ətraflı məlumat verib. Validə xanımın 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində əmək fəaliyyətinə başladığını, 2011-2022-ci illərdə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri vəzifəsində çalışdığını, onun “Ekologiya” ixtisası üzrə bakalavr və magistr səviyyələrində ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak etdiyini bildirib.

Validə Mehdiyevanın elmi fəaliyyətindən söz açan E.Məmmədovun alimin 8 dərslik və dərs vəsaitinin, 100-ə qədər elmi-metodiki vəsaitin müəllifi olduğunu diqqət çatdırıb. Validə Mehdiyevanın səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2015-ci ildə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, 2017-cı ildə isə “Tərəqqi” medalı ilə təltif olunduğunu, 2016-cı ildən UNEC-in fəxri professoru adına layiq görülduğunu vurğulayıb.

Tədbirdə Validə Mehdiyevanın uzun müddət rəhbərlik etdiyi kafedrada çalışmış müəllimlər onun elmi və pedoqoji fəaliyyətini yüksək dəyərləndirərək, fikirlərini bölüşüblər.

Sonda fəxri professor Validə Mehdiyeva çıxış edərək, elmi fəaliyyətinə verilən yüksək dəyərə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay