A

UNEC Ömürboyu Təhsil mərkəzinin direktoru Qələndər Məmmədli  Elektronik Dünya Marketinq Sammitində çıxış edəcək.

6-7 noyabrda onlayn qaydada təşkil olunması nəzərdə tutulan, “eWMS 2022” nüfuzlu beynəlxalq marketinq sammiti  Bakıda təşkil olunacaq.

“Morpho” - “Kotler Impact”ın eksklüziv tərəfdaşlığı və Morpho şirkətinin təşkilatçılığı ilə keçiriləcək sammitdə biznes, marketinq, sosial və rəqəmsal media liderləri “Dayanıqlı hədəflərə çatmaq üçün marketinq dəyişiklikləri” mövzusu ətrafında rəylərini paylaşacaqlar.

Dünyanın 160-dan çox ölkəsindən 150-dən çox çıxışçının yer aldığı və bu il  elektronik mühitin imkanlarını istifadə edərək 50 milyon insana çatmağı hədəfləyən 48 saatlıq dayanmadan stream şəklində baş tutacaq tədbirdə ölkəmizdən iştirak edən 3 nəfərdən biri də UNEC-in Ömürboyu Təhsil mərkəzinin direktoru Qələndər Məmmədlidir. Qələndər Məmmədli sammitdə “Davamlı təhsil kontekstində ömürboyu öyrənmə” mövzusu ilə çıxış edəcək.

UNEC-in tələbələri bu möhtəşəm tədbirə qatılaraq, peşəkarlardan fikirlərini  dinləmək, eləcə də beynəlxalq təcrübədən yararlanmaq imkanını əldə edə bilərlər.

Tədbirdə iştirak ödənişsizdir. Maraqlananlar ewms.morpho.az  saytından bilet əldə edə bilərlər.

Qeyd: 2011-ci ildə təsis olunan Dünya Marketinq Sammitinin (WMS - World Marketing Summit) əsas missiyasını “Marketinq vasitəsilə daha yaxşı dünya qurmaq!”  devizi ilə bəyan etmişdir. WMS, müasir marketinqin banisi olaraq qəbul edilən Filip Kotlerin qurucusu olduğu “Kotler Impact” şirkətinə daxildir.

Təşkilatın məqsədi marketinq ideya və həllərini sosial-iqtisadi problemlərin çözümünə inteqrasiya etmək və bununla da, marketinqi korporativ alətdən sosial təmzimləyici vasitəyə çevirməkdir.

Bəs eWMS nədir?

2020-ci ildə yeni çağırışlar konteksində “Kotler Impact” yeni dünya reallığına sürətli şəkildə adaptasiya oldu və WMS–i yeni elektron formata transfer etdi. e–WMS bütün dünyadakı biznes problemlərinin həllinə töhfə vermək məqsədilə daha geniş miqyası əhatə edir.

2020-ci ildə təşkil olunan ilk e–sammitdə dünyanın 88 aparıcı lider və marketoloqlarının ideya və baxışları beynəlxalq ictimaiyyətə təqdim olunur. e–WMS–in mesajı 2 milyondan artıq insana yetişir. Növbəti 2021–ci ildə isə artıq akademik, korporativ və dövlət sektorundan 125 nüfuzlu spiker e–WMS platformasından COVİD-dən sonrakı həyat barədə fikirlərini bəyan edir. Dünya miqyasında insanları maarifləndirmək, öyrətmək və motivasiya etmək üçün e–WMS–in beynəlxalq ictimaiyyətə mesajı da belə olur: “Xoş gördük, sabah! Gələcəyin yeni normalarını inşa edirik!

 

TOP XƏBƏRLƏR